09 may 2024, 12:40

Əlvan Abasovdan, Abşeron, Azərbaycan

Möhtərəm Prezident!

Azərbaycan xalqı Sizi Prezident seçməklə gələcəyimizin rifahını, sabahımızı, qalibiyyətimizi seçmiş olub. Sizin prezidentlik dövrünüzdə ölkəmizdə hər bir sahədə inkişaf əldə edilmiş, vətəndaşlarımızın sosial rifahı yaxşılaşdırılmışdır.

Bu günlərdə yaşadığımız ərazidə Şəfəq qəsəbəsinin yaradılması hər bir sakin kimi, məni də sevindirdi. Qəsəbəmizdə məktəb, uşaq bağçası və digər dövlət müəssisələri fəaliyyət göstərir. Onların əməkdaşlarının şəhid ailələrindən və əlillərdən formalaşması bizə olan diqqəti bir daha nümayiş etdirir.

Göstərilən diqqət və qayğıya görə Sizə təşəkkür edir və gələcəyimizin, sabahımızın Sizinlə daha parlaq olacağına inandığımı bildirirəm.

Hörmətlə,

Abasov Əlvan Əlövsət oğlu,

Çernobıl əlili.

Azərbaycan Respublikası, Abşeron rayonu, Şəfəq qəsəbəsi.